Thursday, 2024-03-28, 12:12 PM
www.pchack.ucoz.org HomeSign UpLog In
Welcome Guest | RSS
Our poll
Sayt bəyəndiniz
Total of answers: 9
Chat Box
Statistics

Total online: 1
Guests: 1
Users: 0
  
Home » 2008 » September » 9 » Telefon sahiblerinin 86%-i onun tehlükesizliyi haqda düşünmürler
1:41 PM
Telefon sahiblerinin 86%-i onun tehlükesizliyi haqda düşünmürler
 
F-Secure şirkətinin apardığı təhqiqat göstərib ki, mobil telefon istifadəçilərinin təxminən 86%-i apparatlarının Bluetooth vasitəsilə virusa yoluxa bilməsi haqda məlumatlı olmalarına baxmayaraq, antivirus proqram təminatından istifadə etmirlər.

F-Secure şirkəti, sadə mobil telefon istifadəçilərinin, mobil təhlükəsizlik haqda biliklərini örgənmək məqsədilə ABŞ, Kanada, Böyük Britaniya, Fransa və Almaniyada yaşayan 20- 40 həddində 1169 nəfərdən rəy soruşub.

Respondentlərin 28%-i telefonlarından internetə çıxış üçün istifadə edir. Bununla belə istifadəçilərin böyük əksəriyyəti (86%), onların telefonlarında hər hansı təhlükəsizlik sisteminin olmadığını etiraf ediblər. Soruşulanların 21%-i Bluetooth-birləşmənin tam təhlükəsiz olduğunu hesab edir, 15%-i isə Wi-Fi-ın təhlükəsizliyində əmin olduqlarını bildirir.

Sorğu nəticələrinə əsasən, ABŞ istifadəçiləri bu baxımdan ən sadəlöhvərdilər: onların 38%-i hesab edir ki, telefonlarının təhlükəsizliyinin qayğısına mobil operator qalmalıdır. Bu fikirlə fransanın 32%, almaniyanın isə 11% istifadəçiləri həmrəydi.

F-Secure antivirus araşdırmalar şirkətinin rəhbəri Mikko Hipponen şərh edir ki, - “İndi mobil qurğulara qarşı yönələn internet kriminal yüksək olmasa da, bu sadəcə “fıtına” öncəki sakitlikdir. Hazırda 400-ə dək mobil virus aşkarlanıb. Ancaq, smartfonların getdikcə internet-platformada üstünlük təşkil edən fərdi kompüterləri şıxışdırması bu rəqəmin artacağından xəbər verir.”


Views: 961 | Added by: pchack | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Log In
Search
Calendar
«  September 2008  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
282930
Entries archive
Site friends
  • Official Blog
  • uCoz Community
  • FAQ
  • Textbook
  • Copyright MyCorp © 2024Powered by uCoz