Thursday, 2024-04-25, 1:25 PM
www.pchack.ucoz.org HomeSign UpLog In
Welcome Guest | RSS
Our poll
Sayt bəyəndiniz
Total of answers: 9
Chat Box
Statistics

Total online: 1
Guests: 1
Users: 0
  
Home » 2008 » September » 17 » Beynəlxalq Kosmik Stansiyasının noutbuklarında virus aşkar olunub
12:02 PM
Beynəlxalq Kosmik Stansiyasının noutbuklarında virus aşkar olunub

Cari ilin iyul ayında Beynəlxalq Kosmik Stansiyasına (BKS) gətirilmiş noutbuklarda Gammima.AG virusu aşkar olunub.

Qeyd edək ki, ilk dəfə bu cür virus Yer kürəsində 2007-ci ildə aşkar olunmuşdur. Onun əsas məqsədi Asiyada populyar olan Maple Story, HuangYi Online və Talesweaver kimi çoxistifadəçili oyunların parollarını oğurlamaqdan ibarətdir. Naməlum qalan səbəblərdən stansiyaya gətirilən virus BKS-nin idarəetmə sistemlərinə zərər vura bilməz. Qeyd edək ki, təhlükəli proqramların kosmosda aşkar olunması ilk dəfə deyil. Lakin bu cür hallar tez-tez baş vermir və BKS-nin işi üçün təhlükə daşımır.

Virus aşkar olunmuş noutbuklar vasitəsi ilə astronavtlar Yer kürəsinə elektron məktub göndərirdilər. Qeyd edək ki, həmin noutbuklarda antivirus proqramları quraşdırılmamışdır.

Hazırda gələcəkdə bu cür halların qarşısını almaq məqsədi ilə xüsusi təhlükəsizlik sistemlərinin quraşdırılması nəzərdə tutulub.

Views: 1025 | Added by: pchack | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Log In
Search
Calendar
«  September 2008  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
282930
Entries archive
Site friends
  • Official Blog
  • uCoz Community
  • FAQ
  • Textbook
  • Copyright MyCorp © 2024Powered by uCoz