Thursday, 2024-04-25, 7:37 AM
www.pchack.ucoz.org HomeSign UpLog In
Welcome Guest | RSS
Our poll
Sayt bəyəndiniz
Total of answers: 9
Chat Box
Statistics

Total online: 1
Guests: 1
Users: 0
  
Home » 2008 » September » 17 » Şəbəkə?!
12:07 PM
Şəbəkə?!

Kompyuter şəbəkəsi kompyuterlərin, rabitə xətlərinin və informasiya mübadiləsini təmin edən proqramların birləşməsidir.

Bir-birinə yaxın məsafədə (bir və ya bir neçə binada) yerləşən kompyuterlərin xüsusi kabellərin və idarəedici proqramların köməyi ilə birləşməsi lokal şəbəkə adlanır (LAN - Local Area Network).

Əgər ümumi şəbəkəyə bir-birindən kifayət qədər uzaq məsafədə - bir və ya bir neçə ölkə ərazisində yerləşən kompyuterlər və ya lokal şəbəkələr birləşmiş şəbəkəyə paylanmış şəbəkə deyilir.

Ümumdünya miqyaslı paylanmış şəbəkələr qlobal şəbəkələr adlanır.

Hal-hazırda məşhur və kütləvi sürətdə istismar edilən qlobal şəbəkə İnternetdir. İnternet şəbəkəsi sabit vəziyyətdə duran şəbəkə deyil, onun strukturu elə onun istifadəçiləri tərəfindən daim dəyişdirilir. Hazırda İnternet istifadəçilərinin sayı milyonlardır.

Ərazi kompyuter şəbəkəsi də mövcuddur. Onlar region, dövlətlər, kontinent və ya bütün Yer kürəsində yayılmış çoxlu sayda abonentlərə xidmət etmək üçün yaradılıb.

Əlaqə kanallarının uzunluğunun böyük olmasına görə qlobal şəbəkələrin qurulması böyük xərclər tələb edir, bura kabellərin və onların çəkilmə işlərinin qiyməti, kommutasiya avadanlıqlarının və kanalın lazımi keçirmə zolağını təmin edən aralıq gücləndirici qurğuların xərcləri, həmçinin böyük ərazilərdə yayılmış şəbəkə qurğularının işçi vəziyyətdə saxlanması və istismarı xərcləri də daxildir.

Qlobal şəbəkələr adətən böyük telekommunikasiya şirkətləri tərəfindən abonentlərə pullu xidmət etmək üçün yaradılır.

Qlobal şəbəkələrin qiymətinin baha olmasını nəzərə alaraq istənilən tip verilənləri: kompyuter verilənlərini, telefon danışıqları, fakslar, teleqramlar, televiziya görüntüləri və s. verilənləri ötürə bilən vahid qlobal şəbəkənin yaradılma tendensiyası meydana gəlmişdir.

Lokal kompyuter şəbəkələri (LAN-Lokal Area Network) eyni mühitdə və çox böyük olmayan ərazidə - bir otaq, bir bina, bir müəssisə və s. daxilində qurulan şəbəkədir. Bu şəbəkələrdə kompyuterlər arası məsafə adətən 1-2 km-dən çox olmur. Lokal kompyuter şəbəkələri müxtəlif topologiya (struktura) üzrə qurulur. 1 Şin topologiyası 2 Halqavari topologiya 3 Ulduzvari topologiyalı lokal şəbəkələr 4 Digər topologiyalar 5 Kabelsiz lokal şəbəkələr Şin topologiyası Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompyuterlər paralel olaraq şinə qoşulurlar. Şin, kompyuterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür. İnformasiya göndərmək istəyən kompyuter şinin boş olub-olmamasını (yoxlayır. Əgər şin boş isə kompyuter paketləri şinlə ötürür. Hər bir kompyuter şinlə ötürülən paketlərin ünvan hissəsinə baxır və ona ünvanlanmış paketləri özündə qeyd edir. Əgər iki kompyuter eyni zamanda paketlərini şinə ötürərsə bu zaman şində toqquşma olur. Toqquşmaya səbəb olan kompyuterlər qısa bir müddət ərzində informasiya göndərmək hüququnu itirirlər. Şin topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır: Hər hansı bir kompyuterin sıradan çıxması şəbəkənin işinə təsir etmir; Şəbəkəyə yeni kompyuterlərin daxil edilməsi asandır; Şəbəkə kartları (adapterləri) ucuzdur; Şin topologiyalı lokal şəbəkələrdə şinin (kabel sisteminin) etibarlılığı yüksək olmalıdır. Şin topologiyalı lokal şəbəkələr IEEE 802.3 standartı əsasında qurulurlar. Şin topologiyalı lokal şəbəkələrə nümunə olaraq Ethernet 10 BASE-2, 10 BASE-5 şəbəkələrini göstərmək olar. Burada 10 - şəbəkənin sürətini göstərir. Halqavari topologiya Halqavari topologiyalı lokal şəbəkələrdə hər bir kompyuter bir-biri ilə halqavari şəkildə, yəni birinci kompyuter ikinci ilə, ikinci kompyuter üçüncü ilə, üçüncü kompyuter dördüncü kompyuter ilə və s., sonuncu kompyuter isə birinci kompyuterlə birləşdirilir. Nəticədə halqavari topologiya əldə edilir. Bu topologiyalı şəbəkədə məlumatlar müəyyən bir istiqamətdə bir kompyuterdən qonşu kompyuterə ötürülmək şərti ilə lazımi ünvana çatdırılır. Bu tip şəbəkələrdə əsasən marker prinsipindən istifadə edilir. Markeri əldə edən kompyuter məlumat göndərmək hüququna malik olur. Markeri əldə etmiş kompyuterin, digər kompyuterlərə göndərəcəyi məlumatı var isə, bu məlumatları markerə yerləşdirərək onu paket şəklinə çevirir, məlumatın gedəcəyi ünvanı və digər lazımi informasiyaları paketə qeyd edərək, qonşu kompyuterə göndərir. Paketi almış kompyuter, onun ünvan hissəsinə baxır və əgər paket ona ünvanlandırılmışsa, paketi özünə qeyd edir, əks halda paketi özündən sonrakı kompyuterə göndərir. Paket halqa ilə tam bir yol keçdikdən sonra paketi göndərmiş kompyuter onu halqadan çıxardır və yeni paketi göndərir. Əgər göndərməyə informasiya yoxsa markeri bir sonrakı kompyuter göndərir. Bu tip şəbəkələrdə kompyuterlərdən biri həm də monitorinq funksiyasını həyata keçirir. Halqavari topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır: Hər bir kompyuter yalnız qonşu kompyuterlə birbaşa bağlıdır; Hər bir kompyuterin məlumat göndərə bilməsi üçün ona müəyyən vaxt verilir. Halqavari topologiyalı lokal şəbəkələrin əsas çatışmayan cəhətləri aşağıdakılardır: Hər bir kompüter informasiyanın ötürülməsində iştirak edir. Buna görə də hər hansı bir kompyuterin adapterinin sıradan çıxması şəbəkənin işini pozur; Şəbəkə adapteri daima işçi vəziyyətdə olmalıdır; Ulduzvari topologiyalı lokal şəbəkələr Ulduzvari topologiyalı lokal şəbəkələr mərkəzi qovşaq üzərində qurulur. Hər bir kompyuter mərkəzi qovşaq ilə ayrıca xətlə birləşdirilir. Kompyuterlər arasında informasiya mübadiləsi mərkəzi qovşaq vasitəsi ilə həyata keçirilir. Mərkəzi qovşaq kimi xab, kommutator və ya xüsusi server kompyuteri istifadə oluna bilər. Ulduzvari topologiyalı lokal şəbəkələrin əsas üstün cəhətləri kompyuterlərarası mübadilənin sadə olmasıdır. Bu şəbəkələrin çatışmayan cəhəti isə şəbəkənin etibarlılığının mərkəzi qovşağın etibarlılığından asılı olmasıdır. Ulduzvari topologiyalı lokal şəbəkəyə nümunə olaraq Ethernet 10 BASE-T, 100 BASE-T şəbəkələrini göstərmək olar. Burada 10 və 100 - şəbəkənin sürətini göstərir. Digər topologiyalar Praktikada digər topologiyalardan da (ağacvari, qarışıq) istifadə oluna bilər. Bu və ya digər topologiyanın seçilməsi kompyuter şəbəkəsinin tətbiq sahəsindən, kompyuterlərin coğrafi yerləşməsindən və bütövlükdə şəbəkənin ölçülərindən və s. asılıdır. Bundan əlavə, lokal şəbəkənin topologiyasını seçərkən, qiymət, etibarlılıq və s. kimi vacib göstəricilərə də diqqət edilməlidir.

Kabelsiz lokal şəbəkələr

Hal-hazırda kabelsiz lokal kompyuter şəbəkələri də tətbiq edilir. Bu şəbəkələrdə radio modemlərdən istifadə edilir. Bu zaman kompyuterlərarası informasiya mübadiləsi kabellərlə yox, radio kanallar vasitəsi ilə həyata keçirilir.

1. Qlobal şəbəkənin strukturu,

2. Kommutasiya üsulları,

3. Kanalların kommutasiyası,

4. Məlumatların kommutasiyası,

5 Paketlərin kommutasiyası,

6. Qlobal şəbəkələrin növləri.

Qlobal şəbəkənin strukturu

Qlobal hesablama şəbəkələri müəssisədə olan və ya uzaq məsafədə yerləşən və informasiya mübadiləsinə ehtiyacı olan bütün abonentlər arasında əlaqə yaratmaq imkanına malik olmalıdır. Bunun üçün qlobal şəbəkə kompleks xidmətlər göstərməlidir. Qlobal hesablama şəbəkəsi bir-biri ilə əlaqədə olan üç alt şəbəkədən ibarətdir:

-Verilənləri ötürmə şəbəkəsi;

-EHM şəbəkəsi;

-Terminal şəbəkəsi.



Kommutasiya üsulları

İnformasiya mübadiləsini həyata keçirmək üçün abonentlər arasında əlaqə 3 üsulla yaradıla bilər:

-Kanalların kommutasiyası;

-Məlumatların kommutasiyası;

-Paketlərin kommutasiyası.



Kanalların

kommutasiyası

Kanalların kommutasiyası abonentlər arasında fiziki kanalın ayrı-ayrı hissələrini bir-birinin ardınca qoşaraq verilənlərin birbaşa ötürülməsini təmin edir. Verilənlərin ötürülmə vaxtı ötürülən məlumatların uzunluğundan və kanalın ötürmə sürətindən asılıdır.

Məlumatların

kommutasiyası

Məlumatların kommutasiyası başlıq və verilənlərdən ibarət məlumatların şəbəkə qovşaqları tərəfindən təyin edilən marşrut üzrə ötürülməsi yolu ilə həyata keçirilir.

Paketlərin

kommutasiyası



Paketlərin kommutasiyası məlumatları müəyyən uzunluğu olan (adətən 1024 bayt) və başlıqla təmin olunmuş məlumat elementləri - paketlərə bölmək və paketləri şəbəkə qovşaqları vasitəsilə təyin edilən marşrut üzrə ötürmək yolu ilə həyata keçirilir.



Qlobal şəbəkələrin növləri

80-ci illərdə praktiki olaraq paketlərin kommutasiyası ilə işləyən yalnız X.25 - qlobal şəbəkə texnologiyasından istifadə olunurdu. Bu gün seçim xeyli artıb, X.25 şəbəkələri ilə yanaşı Frame Relay, ATM texnologiyalarından da istifadə olunur. Bununla yanaşı qlobal kompyuter şəbəkələrində TCP/IP texnologiyasından da geniş istifadə olunur ki, buna İnternet şəbəkəsini misal göstərmək olar.

Views: 1645 | Added by: pchack | Rating: 4.0/1
Total comments: 0
Name *:
Email *:
Code *:
Log In
Search
Calendar
«  September 2008  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
282930
Entries archive
Site friends
  • Official Blog
  • uCoz Community
  • FAQ
  • Textbook
  • Copyright MyCorp © 2024Powered by uCoz