Saturday, 2024-04-20, 6:37 AM
www.pchack.ucoz.org HomeSign UpLog In
Welcome Guest | RSS
Our poll
Sayt bəyəndiniz
Total of answers: 9
Chat Box
Statistics

Total online: 1
Guests: 1
Users: 0
  
Home » 2008 » September » 18

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsi (DM) yaxın vaxtlarda rayon poçt filiallarının strukturunun yenidən qurulmasına başlayacaq.

Hazırda buna hazırlıq işləri görülür. İslahatlar Dünya Bankının həyata keçirdiyi «Maliyyə xidmətlərinin inkişafı Layihəsi» çərçivəsində yeni xidmətlərin təşkili məqsədilə aparılacaq. Bu islahatlara uyğun olaraq, rayon filiallarında yeni şöbələr, sektorlar yaradılacaq.

Dəyişikliklər «Azərpoçt»un 57 poçt filialını əhatə edəcək. Strukturun yenidən qurulması prosesi cari ilin sonunadək başa çatdırılacaq.

Layihə çərçivəsində artıq «Azərpoçt» DM-nin mərkəzi aparatının strukturu dəyişdirilmişdir, müştəri və bazar yönümlü yeni struktura keçid sona çatdırılmışdır. Oxşar struktura keçid Bakı şəhərində yerləşən poçt filiallarında da həyata keçirilmişdir. Azərbaycanda fəaliyyət göstərən 63 poçt filialından 6-da ... Read more »

Goster: 1649 | Tarix 2008-09-18 | Reytinq: 1.0/1 | Комментарии (0)

Qloballaşan dünyada İKT-nin rolu

Konfransda qloballaşan dünyada İKT-nin dinamik inkişafından, bu sahədə əldə olunan mühüm nəticə və nailiyyətlərdən söhbət açılıb, Azərbaycanın İKT sahəsində gələcək inkişaf perspektivləri, bu istiqamətdə imkanların genişləndirilməsi ilə əlaqədar olaraq yaranan elmi və praktiki problemlər müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan AMEA prezidenti akademik Mahmud Kərimov konfrans iştirakçılarını salamlayaraq müasir informasiya texnologiyalarının inkişaf etdirilməsinin Azərbaycanda da dövlətin qarşısında duran prioritet vəzifələrdən biri olduğunu, bu sahəyə xüsusi diqqət yetirildiyini vurğulayıb. Hər bir dövlətin, xalqın ümumi inkişaf səviyyəsinin, intellektual potensialının göstəricisi olan informasiya-kommunikasiya texnologiyalarının ölkəmizdəki inkişaf tarixindən danışan alim 50 il ərzində bu sahədə hazırlanan mütəxəssislərin yalnız ölkəmizdə deyil, onu ... Read more »

Goster: 2002 | Tarix 2008-09-18 | Reytinq: 0.0/0 | Комментарии (0)

CISCO “Virtual ofis” texnologiyasını təqdim etmişdir


Cisco şirkəti bazara özünün “virtual ofis”ini çıxarıb. Sözügedən həll yüksək səviyyəli təhlükəsizliyi ilə fərqlənir, və şirkətlərə “genişlənməyə”, həmçinin tez-tez ofisdən kənarda, o cümlədən şirkətin filiallarında və evdə çalışan əməkdaşlara korporativ ofis xidmətlərinin çatdırılması hesabına onların əmək məhsuldarlığını artırmağa imkan verir.

Cisco Virtual Office həlli iri və orta biznes çərçivəsində sürət yığan tendensiyalara uyğundur: kollektivlər tez-tez “yayılmış” olurlar və müəssisə kənarında olanda belə korporativ proqramlara və xidmətlərə ehtiyac duyurlar. CVO marşrutlaşdırma, kommutasiya, təhlükəsizlik, simsiz rabitə, İP-telefoniya, qaydaların idarəedilməsi texnologiyalarını daxil edir. Video, səs və verilənlərin ötürülməsini, həmçinin simsiz xidmətlərin çatdırılmasını təmin etməklə sözügedən ofis həlli mərkəzi nöqtədən idarə olunur. < ... Read more »

Goster: 1697 | Tarix 2008-09-18 | Reytinq: 0.0/0 | Комментарии (0)

Hewlett-Packard şirkəti yaradılacaq yeni əməliyyat proqramını Linux sisteminin üzərində quracaq. Ekspertlər bu yeniliyi HP markasının digər şirkətlərdən asılılığı azaltmaq üçün atdığı strateji addım kimi dəyərləndirir.

HP laboratoriyasının keçmiş direktoru Susie Wee-nin başçılığı altında aparılan tədqiqat və inkişaf işləri 9 aydır ki, davam edir. İlk dövrlərdə sadəcə HP məhsulları üçün nəzərdə tutulmuş əməliyyat proqramları sonradan bütün bazara təqdim olunacaq.

Bu cür addımları vaxtı ilə Intel və Dell şirkətləri də atıb. Belə ki, İntel özünə məxsus və açıq resurs hesab olunan “Moblin Software” Platformasını inkişaf etdirmək üçün “Opened Hand” proqramlama şirkətini alıb.

Keçən il bazara təqdim olunan “Windows Vista” proqramı bir neçə aparıcı FK(fərdi kompyuter) istehsalçısı tərəfindən tənqidlərə məruz qalıb.

Proqramın reytinqinin aşağı olmasında Apple şirkətinin apardığı ... Read more »

Goster: 1524 | Tarix 2008-09-18 | Reytinq: 0.0/0 | Комментарии (0)

Azərbaycanın mobil rabitə operatoru «Azercell Telecom» bütün SimSim abunəçiləri üçün yeni KonturPay kampaniyasını elan edib.

«Azercell»dən verilən məlumata görə, kampaniya cari ilin sentyabr ayının 15-dən dekabrın 31-dək keçirilir.

Bir təqvim günü ərzində istənilən eyni nominallı 2 ədəd SimSim danışıq kartı yükləyən abonent, pay olaraq, həmin nominalda daha bir kart əlavə qazanacaq. Hədiyyə konturlar balansa gün ərzində yüklənilir.

Hansı konturyükləmə xidmətindən istifadə olunduğundan asılı olmayaraq, kampaniyada bütün kartlar iştirak edir. Bir nominallı kartdan gün ərzində yalnız bir dəfə bonus qazanmaq olar.

Azərcell Telecom 1996-cı ilin yanvarında yaradılıb. «Turkcell İletişim Hizmetleri A.S» və Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi şirkətin ilk təsisçiləri kimi çıxış edib. Şirkət həmin ilin 15 dekabrında abunəçilərinə öncədən ödəmə əsasında xid ... Read more »

Goster: 1849 | Tarix 2008-09-18 | Reytinq: 0.0/0 | Комментарии (0)

Əhatə dairəsini genişləndirmək və mobil rabitənin keyfiyyətini daim artırmaq “Azercell Telekom” MMC-nin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Keyfiyyətli rabitəni təmin etmək məqsədilə “Azercell” daima Azərbaycanın bütün ərazisində yeni radio-baza stansiyaları quraşdırır. Bu baxımdan, bu ilin avqust ayının yekunlarını da təqdirəlayiq hesab etmək olar. Çünki avqust ayında “Azercell Telekom” MMC 20 yeni stansiyanı abonentlərinin istifadəsinə verib. Avqustda istifadəyə verilən stansiyalardan 6-sı Bakı, 1-i Abşeron, digərləri isə Astara, İmişli, İsmayıllı, Lerik, Qəbələ, Qobustan, Quba, Tərtər, Tovuz, Ucar və Zaqatala rayonlarının ərazisində quraşdırılıb.

Ümumilikdə sentyabr ayının əvvəlinə “Azercell”-in 1473 stansiyası fəaliyyət göstərir. Həmçinin 2 rezervləşdirilmiş abonent bazası, 15 baza stansiyalarına nəzarətçi sistemi, 16 mobil rabitə kommutasiya mərkəzi quraşdırılıb.

Sta ... Read more »

Goster: 1681 | Tarix 2008-09-18 | Reytinq: 0.0/0 | Комментарии (0)

Aztelekom” İB-nin CDMA simsiz rabitə xidməti şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən tədbirlər çərçivəsində Ağdam rayonunun Quzanlı və Sabirabad rayonunun Şəhriyar kəndlərində yeni baza stansiyalarının quraşdırılması başa çatdırılmışdır. Quzanlı kəndində quraşdırılmış stansiya Ağdam rayonunun 17 yaşayış məntəqəsini CDMA-nın əhatə dairəsinə daxil etməyə imkan vermiş, Sabirabad rayonunda isə 5 telefonlaşdırılmamış yaşayış məntəqəsi CDMA simsiz rabitə xidməti şəbəkəsi üzərindən telefonlaşdırılmışdır.


“Aztelekom” İB-nin Baş direktorunun I müavini, texniki direktor Zahir Vəliyev bizimlə söhbətində bildirdi ki, hazırda birliyin CDMA simsiz rabitə xidməti şəbəkəsi üzrə abunəçilərin ümumi sayı 12.253 təşkil edir. 408 indeksi üzrə abunəçilərin sayı 3.727, Zaqatala 1.208, Şəki 1.164, Lənkəran 1.124, Masallı 952, Gəncə 824, Quba 647, Xaçmaz 513, Şamaxı 528, Şəmkir 449, Mingəçevir 478, İmişli 363, Kürdəmir ... Read more »
Goster: 1835 | Tarix 2008-09-18 | Reytinq: 0.0/0 | Комментарии (0)

Log In
Search
Calendar
«  September 2008  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
282930
Entries archive
Site friends
  • Official Blog
  • uCoz Community
  • FAQ
  • Textbook
  • Copyright MyCorp © 2024Powered by uCoz