Saturday, 2024-04-20, 5:32 PM
www.pchack.ucoz.org HomeSign UpLog In
Welcome Guest | RSS
Our poll
Sayt bəyəndiniz
Total of answers: 9
Chat Box
Statistics

Total online: 1
Guests: 1
Users: 0
  
Home » 2008 » September » 18 » Azercell” stansiyaların sayını artırmaqda davam edir Sentyabr ayının əvvəlinə şirkətin 1473 radio-baza stansiyası fəaliyyət göstərir
8:52 AM
Azercell” stansiyaların sayını artırmaqda davam edir Sentyabr ayının əvvəlinə şirkətin 1473 radio-baza stansiyası fəaliyyət göstərir

Əhatə dairəsini genişləndirmək və mobil rabitənin keyfiyyətini daim artırmaq “Azercell Telekom” MMC-nin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Keyfiyyətli rabitəni təmin etmək məqsədilə “Azercell” daima Azərbaycanın bütün ərazisində yeni radio-baza stansiyaları quraşdırır. Bu baxımdan, bu ilin avqust ayının yekunlarını da təqdirəlayiq hesab etmək olar. Çünki avqust ayında “Azercell Telekom” MMC 20 yeni stansiyanı abonentlərinin istifadəsinə verib. Avqustda istifadəyə verilən stansiyalardan 6-sı Bakı, 1-i Abşeron, digərləri isə Astara, İmişli, İsmayıllı, Lerik, Qəbələ, Qobustan, Quba, Tərtər, Tovuz, Ucar və Zaqatala rayonlarının ərazisində quraşdırılıb.

Ümumilikdə sentyabr ayının əvvəlinə “Azercell”-in 1473 stansiyası fəaliyyət göstərir. Həmçinin 2 rezervləşdirilmiş abonent bazası, 15 baza stansiyalarına nəzarətçi sistemi, 16 mobil rabitə kommutasiya mərkəzi quraşdırılıb.

Stansiyaların sayının artması “Azercell” abonentlərinə ölkəmizin istənilən guşəsində bu operatorun xidmətlərindən daha keyfiyyətli surətdə yararlanmağa imkan verir.

Views: 1682 | Added by: pchack | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Log In
Search
Calendar
«  September 2008  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
282930
Entries archive
Site friends
  • Official Blog
  • uCoz Community
  • FAQ
  • Textbook
  • Copyright MyCorp © 2024Powered by uCoz