Statistics |
Total online: 1 Guests: 1 Users: 0 |
|
|
|
Home » 2008 » September » 9 » Azerfon” şirketi baza stansiyalarının sayını 360-a çatdırıb
9:14 AM Azerfon” şirketi baza stansiyalarının sayını 360-a çatdırıb |
Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti ölkə ərazisində yeni baza stansiyaları quraşdırıb. Yeni stansiyalar Abşeron yarımadası, Bakı, Ağcabədi, Ağstafa, Qax, Lerik, Saatlı, Sabirabad, Salyan, Şəki, Şəmkir, Tovuz, Dəvəçi və Şamaxıda fəaliyyət göstərir. Yay aylarında quraşdırılan 103 stansiyadan əlavə, sentyabrın əvvəlində daha 6 stansiya yerləşdirilib. Onların 2-si Bakıda, 1-i Abşeron yarımadasında, 1-i Dəvəçidə, 1-i Salyanda, 1-i Şamaxıdadır.
Azpress-nın məlumatına görə, şəbəkəsi ölkə ərazisinin 80%-ni əhatə edən şirkətin baza stansiyalarının sayı artıq 360-a çatıb. Qeyd edək ki, GSM standartlı mobil rabitə xidmətləri göstərilmək üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən 2005-ci il dekabrın 30-da lisenziya alan «Azerfon» kommersiya fəaliyyətinə 2007-ci il martın 21-də «Nar Mobile» ticarət nişanı ilə başlayıb. Hazırda «Nar Mobile» şəbəkəsindən 500 mindən çox abunəçi istifadə edir.
|
Views: 1528 |
Added by: pchack
| Rating: 0.0/0 |
|
|
|