Home » 2008»September»9 » Azərbaycanda informasiya tehlükesizliyi üzre milli standartlar hazırlanır
9:17 AM
Azərbaycanda informasiya tehlükesizliyi üzre milli standartlar hazırlanır
Azərbaycanda informasiya təhlükəsizliyi üzrə beynəlxalq standartlara uyğun milli standartlar hazırlanır. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “APA-ECONOMİCS”ə verilən məlumata görə, bu standartların hazırlanmasında müvafiq dövlət qurumlarının nümayəndələri də iştirak edir.
Milli standartlar Azərbaycanın Avropa Şurasının “Kibercinayətkarlıq üzrə Konvensiyası”na qoşulması ilə əlaqədar hazırlanır. Azərbaycan bu sənədə bu ilin iyunun 30-da qoşulub. Qeyd edək ki, Avropa Şurasının “Kibercinayətkarlıq üzrə Konvensiyas”ı 2001-ci ilin noyabr ayında Budapeşt şəhərində qəbul olunub. Konvensiyanın yaradılmasının məqsədi müxtəlif ölkələrdə biri-birindən fərqlənən, kompüter cinayətləri haqqında qanunları razılaşdırmaqdır
salam.men isterdim informasiya tehlukesizliyinin tarixi ve ellbetde ki en yeni melumatlari oyrenim. eger mumkunse bu melumatlarla meni taniw ede bilersinizmi. evvelceden sagolun