Sky News agentliyinin verdiyi məlumata görə, Britaniyada internet vasitəsi ilə terrorist cəlb edən, Aabid Xan adlı ekstremist 12 illik həbs cəzasına məhkum olunub. Xan, müsəlman olmayanlarla müharibəyə çağıran ekstremist ensiklopediyasının elektron variantının yaradılmasında günahkar bilinib. O, yaratdığı ekstremist yuvasına, 2006-cı ildə həbs olunan Xammaad Munşini cəlb etmişdir.
Xammaadın həbs olunan zaman hətda 16 yaşı belə tamam olmamışdır. Saxlanılarkən onun cibindən, terroristlər tərəfindən şrapnel üçün istifadə olunan, podşipnik kürəciyiliə iki bağlama tapılmışdır.
Polis tərəfindən, Munşiyə məxsus kompüterdə, “Al-Kaidəyə” aid “qətl və dağıdmalara” çağıran təbliğat xarakterli iki videoçarx, həmçinin napalm, müxtəlif partladıcı maddələr, detonator və qumbaraların hazırlanmasına dair təlimatlar aşkar olunmuşdur. Ekstremist yuvası cəmi dörd nəfərdən ibarət olub. Onların hamısı 2006-cı ildə həbs olunublar.