13 rəqəmini birçoxları uğursuz hesab edir. Konkret olaraq Bill Qeyts 13 il ərzində zirvədə durduğu dünyanın ən varlı insanları siyahısına artıq başçılıq etmir. Bill Qeytsin sərvəti ötən ilə nisbətən 2 milyard artaraq 57.2 milyard təşkil etməsinə baxmayaraq, o dünyanın ən varlı adamları arasında yalnız üçüncü yeri tutub.
İndi birinci yeri, sərvəti 61.15 milyard dollarl dəyərində olan Uorren Baffet tutur. İkinci yerdə isə, sərvətini 59 milyard dollarla çatdıran telekommunikasiya maqnatı Karlos Slim gedir. Ümumiyyətlə o, 7.3 milyarlıq sərvətini son 4 il ərzində 60 milyardadək artırıb. Bu hal özlüyündə siyahı iştirakçıları arasında rekord göstəricidir.
Analitiklər hesab edirlər ki, maliyyə böhranının ABŞ-ı cənginə aldığı bir zamanda Baffetin birinci yerə yüksəlməsi tam layiqlidir. Baffet nəinki sərvətini qoruyub saxlayıb (xatırladaq ki, o, sərmaye qoymağla məşğuldur və bunu daha gəlirli və riskli sahələrdə etməyə üstünlük verir), hətda onu artırıb. Cybersecurity nəşrinin xəbərinə görə, əminlıklə demək olar ki, Baffet maliyyə böhranı zamanı nəinki ziyana düşüb hətda gəlir əldə edib.
Yekunlara əsasən həmçinin siyahıda yaşı 40-dək milyarderin rekord sayı qeyd olunub. 50 belə iştirakçının tam yarısının adı ilk dəfədir ki, Forbes jurnalının dərc etdiyi siyahıya düşür. Onlardan ən cavanı Facebook şəbəkəsinin təsisçisi, 23 yaşlı Mark Zukerberq sayılır. Onun sahib olduğu sərvətin dəyəri 1.5 milyard dollardı. Sonunda Forbes qeyd edir ki, 4 il ərzində milyardelərin sayı dünyada 2 dəfə artıb. Jurnalın məlumatına əsasən dünyanın 1125 ən varlı adamlarının ümumi sərvətinin dəyəri 4400 milyard dollar təşkil edir.