Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın mobil operatoru olan “Azercell” şirkətinin abonentlərinin sayı 500 min nəfər artıb. “Azercell”in mətbuat xidmətindən verilən məlumata görə, bununla şirkətin abonentlərinin sayı 3 milyon 500 min nəfərə çatıb.
“Azercell”dən bildirilib ki, 2004-cü ildə şirkətin abonentlərinin sayı 1 mln., 2006-da isə 2 mln. olub. Ötən ilin sonunda isə abonentlərinin sayı 3 mln.-u keçib. Şirkət rəhbərliyi 3 milyonuncu abonentinə “Toyota” markalı avtomobil hədiyyə edib.
Qeyd edək ki, hazırda Azərbaycanda 4 900 000 mobil abunəçi var. Bu isə o deməkdir ki, hazırda ölkədə hər 100 nəfərdən 56,5 nəfəri mobil abunəçidir.
|