Bu gün İstanbulda «Caspian Telecoms 2008» regional konfrans və sərgi öz işinə başlayır. Sərgidə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aparat rəhbərinin müavini İlham Mərdanov, “Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərovdan ibarət Azərbaycan nümayəndə heyəti iştirak edəcək.
Qeyd edək ki, son beş il ərzində tədbirin əhəmiyyəti davamlı olaraq genişlənib və bu gün həmin konfrans və sərgi özündə regionun telekommunikasiya sahəsinin bir çox peşəkarlarının əsas görüş yerini əks etdirir.
Konfrans çərçivəsində dövlət nümayəndə heyətləri tərəfindən regional əməkdaşlıq, sosial-iqtisadi inkişaf, eləcədə milli və regional telekommunikasiya şəbəkələrinə investisiya qoyuluşlarına dair məsələlər müzakirə olunacaq. Tədbirdə, ölkələrin rabitə administrasiyalarının nümayəndələrindən başqa, dünyanın bir çox ölkələrindən avadanlıq istehsalçıları, rabitə operatorları, maliyyə strukturları və beynəlxalq təşkilatlar iştirak edir
|