İnternetin inkişafı proqram təminatı sahəsində əsaslı dəyişikliklərlə nəticələnəcək. Bu barədə Microsoft-un müəssisi Bill Qeyts, şirkətin Asiya Tədqiqat Bölməsinin onilliyinə həsr olunmuş konfransda bəyan edib. Microsoft-un yaradıcısı əmindir ki, gələcəkdə istifadəçilər, güclü serverlərdə verilmiş məsələləri həll etmək imkanına malik uzaqlaşdırılmış proqram təminatı ilə işləyəcəklər. Bunun nəticəsində ucuz kompüterlərə tələbat artacaq ki bu kompüterlərdən yalnız internetə çıxış imkanı kimi istifadə olunacaq. Həmçinin öz çıxışı zamanı Microsoft-un yaradıcısı qeyd edib ki, hazırda işlənib hazırlanan texnologiyalar istifadəçi və kompüter arasında əlaqəni tam yeni səviyyəyə çatdıracaq. Xüsusi ilə B.Qeyts təbii istifadəçi interfeyslərinin yaradılacağını vurğulayıb. Onun proqnozlarına görə bütün bu dəyişikliklər 10 il ərzində həyata keçməlidir.
Xatırladaq ki, bundan əvvəl Bill Qeyts cari ilin mart ayında, 200 min işçi heyətli 1100 şirkəti birləşdirən, Şimali Virciniyanın Texnoloji Şurası qarşısında çıxış edərək kompüter texnologiyalarının gələcəyinə dair öz görünüşləri ilə bölüşmüşdür. Burada Qeyts texnologiyaların inkişafının əsas istiqamətlərindən birinin təbii istifadəçi interfeysləri konsepsiyasının olmasını bildirmişdir. Həmçinin Virciniyada çıxışı zamanı Microsoft şirkətinin müəssisi gələcəkdə maus və klaviaturaların olmayacağını söyləmişdir. Onun fikrincə gələcəyin kompüteri stolun içərisində quraşdırılacaq kiçik terminal şəklində olmalıdır.