Goolge şirkətinin hüquqşünası Levis Siqal tərəfindən baş prokuror Nyu-Gemprişə ünvanlanmış məktubuna əsaslanaraq InformationWeek nəşri, Google internet-şirkətinin əməkdaşları haqda məlumatların ötən ay itirilməsi barədə xəbər verib. Axtarış-sistemi əməkdaşlarına məxsus şəxsi informasiyalar, personalın idarə olunmasında Google-a xidmət göstərən Colt Express Outsourcing Services şirkətinin ofisindən oğurlanmış kompüterlərdə saxlanılırdı.
Oxşar məktubu axtarış-sisteminin zərər çəkmiş əməkdaşlarıda alıblar. Colt Express Outsourcing Services şirkətinə məxsus kompüterlərin yaddaşında, əməkdaşın adı, soy adı və doğum tarixi, sosial sığorta kartının nömrəsi, sürücü vəsiqəsi və bank kartının nömrəsi kimi məlumatlar saxlanılıb.
Google nümayəndələri qeyd edirlər ki, hələki ziyankarlar tərəfindən oğurlanmış məlumatlar istifadə olunmayıb. Oğurlanmış kompüterlərdə saxlanılan məlumatlar, Google şirkətinin 31 dekabr 2005-ci ilə dək bütün keçmiş və işə qəbul olunmuş indiki əməkdaşlarına aiddir.
Kompüterlər Express Outsourcing Services şirkətinin, Kaliforniyanın Uolnat Krik şəhərində yerləşən ofisindən 26 may tarixində oğurlanılıb. Google əməkdaşlarına məxsus məlumatlardan əlavə, oğurlanmış kompüterlərdə Avant Corp, Bebe, CBS, CNET Networks, Ebara Technologies və Punahou School kimi şirkətlərin işçilərinə aid informasiyalar da olub.