Bu günlərdə dəbə düşmüş məxfi məlumatların itirilməsi davam edir: mətbuata, Yaponiya quru qoşunlarının özünü müdafiə quvvələrinin (ÖMQ) 33 yaşlı zabitinin, tərkibində hərbi sirr haqda məlumat olan fləş kartın itirilməsi ya oğurlanması barədə informasiya sızıb.
Hadisə özü ötən ilin fevral ayında baş verib, lakin hərbiçilər itirilmə faktını gizlətmək qərarına gəliblər. Bundan əlavə, Yaponiyanın o zamankı müdafiə naziri hadisə barəsində məlumatlandırılmamışdır. Belə ki, özünü müdafiə qüvvələrinin komandanı hesab edib ki, vacib hərbi sənədlərin itirilməsini elan etmək, ölkəsinin imicinə mənfi təsir göstərə bilər.
İş orasındadır ki, itirilmiş fləş kartda, Yaponiya ilə ABŞ-ın fevral ayında birgə keçirtdiyi təlim barədə informasiya var idi. Tamamilə darıxdırıcı informasiyadan (qidalanma, günün nizamnaməsi, əsgərlərin göstərdikləri nəticələr) əlavə, daşıyıcıda həmçinin iki ölkənin ağır və hava texnikasının lokallaşdırılması haqda xeyirli və vacib-lazımlı məlumatlarda olub.
Hazırda hadisədə günahkar bilinənlər işdən azad ediliblər. O faktda maraq doğurur ki, bu məsuliyyətsizliyə görə faktiki olaraq heç kim cəzalandırılmayacaq – axı fləş kartda olanlar “yüksək ehtiyyat tələb edən” informasiya kimi təsnif olunmuşdur. Və bu hal Yaponiyanın heç bir cinayət kodeksi və ordunun daxili qanunları ilə mühafizə olunmur
|