Aprelin 17-də, eBay online-hərracın icraçı direktoru Con Donaxyu, digər bölmələrlə uğurlu uyğunlaşmanın alınmadığı təqdirdə, şirkətin Skype VoIP-xidmətinin satılması məsələsinə baxacağı barədə bəyan edib.
Donaxyunun sözlərinə görə, eBay bu il Skype-ı təftiş edəcək. Əgər bu xidmət online-hərraca və PayPal ödəmə sisteminə yardım etməsə, satıla bilər. Xadırladaq ki, eBay şirkəti əmtəənin satış və alışını şəbəkə vasitəsi ilə asanlaşdırmaq üçün, Skype xidmətini 2005-ci ildə 2.6 milyard dollara, əldə edib. Qeydiyyatdan keçən Skype istifadəçilərinin sayı 300 milyon insanı keçib.