Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi telekommunikasiya, poçt, radio, televiziya yayımı, internet və digər rabitə xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq, xidmət mədəniyyətini yüksəltmək, müraciət və təklifləri təhlil edərək tədbir görmək, əhalinin rabitə xidmətləri haqqında fikirlərini öyrənmək məqsədilə sentyabr ayının 10-dan oktyabr ayının 10-dək «Aztelekom» İstehsalat Birliyində “Rabitə sorğu 2008”in fəaliyyətini təşkil edir.
Həftənin iş günləri, səhər saat 10:00-dan axşam saat 17:00-a qədər (+994 12) 443-49-10 nömrəli telefon, rabitasorgu2008@aztelekom.net elektron ünvanı vasitəsilə fikir, təklif və iradlarınızı bildirə bilərsiniz.
Qeyd edək ki, respublikanın bütün bölgələrindən edilən zənglər pulsuzdur.