Ümumdünya Şəbəkəsinin yaradıcısı Tim Berners-Li World Wide Web Foundation adlı fondun təsis olunması barədə bildirib. Yeni fondun başlıca məqsədi bu və ya digər məlumatın doğruluğunun müəyyən olunmasından ibarətdir.
Berners-Linin sözlərinə görə, onu şəbəkədə cəfəngiyatın heç bir nəzarətsiz yayılması narahat edir. Bir neçə gün bundan əvvəl buraxılmış Böyük Adron Kollayderin təhlükə törədəcəyinə dair qeyri-elmi bəyanatları nümunə gətirən alimin fikrincə, şəbəkə “yaxşı” məlumatı “pis” məlumatdan ayırmağa kömək edir. Məhz bu məsələ ilə onun yeni saytı məşğul olacaq. Belə ki, Berners-Linin yeni yaratdığı internet resurs informasiya mənbələrinin mərkəzi akkreditə sxemini həyata keçirəcək.
Bu və ya digər mənbələrin doğruluğunun isə bir neçə müxtəlif təşkilatlar tərəfindən yoxlanacağı nəzərdə tutulub. Bundan əlavə Şəbəkənin yaradıcısı qeyd edir ki, fond demokratiya, söz azadlığı və internet-istifadəçilərin istənilən onlayn-kontentə açıq çıxışı kimi amilləri irəli çəkəcək. Yeni fondun digər vacib məsələlərindən biri kimi, onun təsisçisi, hazırda internetə çıxışı olmayan Yer kürəsinin 80% əhalisinin Şəbəkəyə çıxışla təmin olunması məsələsini qeyd edir.