Google şirkəti, HSBC Holdings bankı və Liberty Global provayderi O3b Networks şirkətinin layihəsini dəstəkləyiblər. Layihənin məqsədi inkişaf edən ölkələrin əhalisini ucuz peyk interneti ilə təmin etməkdən ibarətdir.
O3b Networks şirkəti 2010-cu ilin sonuna kimi orbitə 16 peykin buraxılmasını planlaşdırır. Nəticədə Afrika, Asiya və Cənubi Amerikanın ekvator boyu yerləşən ölkələrini internetlə təmin etmək mümkün olacaq.
Layihənin məbləği 700 milyon ABŞ dolları təşkil edir. Peyklərin istehsalını isə Thales Alenia Space şirkəti həyata keçirəcək. O3b Networks şirkətinin nümayəndələrinin sözlərinə görə, bir çox inkişaf edən ölkələrdə telekommunikasiya infrastrukturu yoxdur, və buna görə də bu ölkələrin əhalisinin internetə çıxışı yoxdur və ya Şəbəkəyə çıxış burada olduqca baha başa gəlir. O3b Networks-un layihəsinin icrası nəticəsində olduqca əlverişli qiymətə peyk internetinə çıxış əldə etmək mümkün olacağı gözlənilir, Lenta yazır.