Müəllif hüquqları müdafiəsi üzrə ixtisaslaşan Britaniya hüquqşünasları internet istifadəçiləri arasında sorğu keçiriblər. Sorğunun nəticələri onu göstərib ki, respondentlərin fikrincə əgər provayderlər trafiki süzgəcləsələr onda fayl mübadiləsi şəbəkəsi vasitəsilə yayılan pirat məhsulunun həcmi 70% azala bilər.
ArsTechnica nəşrinin yazdığına görə, sorğuda iştirak edənlərin 2/3-si əmin edirlər ki, provayder tərəfindən xəbərdar olduqları təqdirdə pirat media-konteni ilə mübadiləni dayandıracaqlar. Lakin respondentlərin 68% onların aşkar oluna biləcəklərinə inanmadıqlarını bildiriblər. Maraqlıdır ki, orta nəsil istifadəçiləri ilə müqayisədə daha çox gənclər P2P şəbəkəsi imkanlarından istifadədən imtina etməyə hazır olduqlarını bildiriblər.