Statistics |
Total online: 1 Guests: 1 Users: 0 |
|
|
|
Home » 2008 » September » 16 » Bütün Şebeke boyu İP-ünvanların evez olunmasına başlanıb
4:46 PM Bütün Şebeke boyu İP-ünvanların evez olunmasına başlanıb |
İnternet-protokolların istifadə olunmasına nəzarət həyata keçirən İCANN (Internet Corporation for Assigned Names and Numbers) təşkilatı 13 əsas DNS-serverlərin altısına İPv6 protokol formatlı ünvanlardan ibarət qeydlərin əlavə olunmasına başlayıb. Bu o deməkdir ki, hər yeni domen adına yeni daha müasir formatda ünvan uyğun gəlir. Beləliklə hazırda mövcud olan İPv4 protokollundan daha müasir İPv6 prtokoluna bir neçə ildir ki hazırlıq işləri aparılan keçid prosessinə start verilib. Bu, internet-məkanın ünvanlanmasını tam dəyişəcək, Lenta yazır. Xüsusən, əgər əvvəl internet-ünvan üçün dörd bayt və ya 32 bit tələb olunurdusa, hazırda isə İPv6 protokolu ünvan üçün 128 bit ayırır.
Ünvanlanmanın ilk standartı olan İMP 1969-cu ildə istifadə olunmağa başlamışdır və Şəbəkədə cəmi 32 qovşağın yerləşdirilməsini nəzərdə tuturdu. 1974 ildə R 675 sənədi 16 şəbəkə ünvanı və 256 qovşaqdan (host-ünvan) ibarət ünvan məkanı yaradmışdır. 1981-ci ildə, bu günədək istifadə olunan İPv4 standartıı qəbul olunmuşdur. Bu standart dörd milyarddan çox ünvan yerləşdirmək imkanına malikdir. Bütün bu ünvan məkanı 86% dolub. Şəbəkənin mövcud inkişaf tempini nəzərə alsaq ünvanlar 2017-ci ilədək tükənəcək
|
Views: 1064 |
Added by: pchack
| Rating: 0.0/0 |
|
|
|