Intel şirkəti kütləvi istifadə üçün ilk 6-nüvəli server prosessorunun satışa çıxarılması barədə rəsmi elan edib. 45-nm texnologiyası bazasında hazırlanmış yeni Xeon 7400 Dunnington prosessorları Intel istehsalat xəttinin ən bahalı və məhsuldar həllidir. Bundan əlavə yeni qurğu server prosessorları üçün rekord hesab olunan, kodun ən çox istifadə olunan hissələrinin saxlanılması üçün 16 Mb həcmində keş-yaddaşla təchiz olunub.
Intel-in vitse-prezidenti Tom Kilroyun sözlərinə görə Xeon 7400 standart konfiqurasiyada 16 prosessorun sinxron rejimdə işini dəstəkləmək imkanına malikdir. Bu zaman serverə 96 eyni zamanda məlumat axını ötürülür. Bu barədə Cybersecurity yazır.
Xeon 7400 standart dik duran serverlərdə 2-, 4- və 8-prosessorlu variantlarda olacaq.
Intel-in yeni məhsulunun qiyməti bir prosessora görə $856-dan $2 729-dək təşkil edir. Qeyd edək həmin qiymət yeni prosessorların 1000 ədədini alana həvalə olunur.