Azerfon” MMC (Nar Mobile ticarət nişanı) sentyabrın 1-dən etibarən “Ailəm” tarif xidmətini təqdim etmişdir. Şirkətdən bildirmişlər ki, yeni xidmət bütün ailə üzvlərinə istifadə etdikləri tarif planını dəyişmədən, öz aralarında ən ucuz tariflərlə ünsiyyətdə olmaq imkanını yaradır.
Güzəştli tariflə danışmaq üçün abonent öz fərdi qapalı qrupunu yaratmalıdır. “Ailəm”in başçısı tərəfindən yaradılan qrupa 1 nəfərdən 3 nəfərədək iştirakçı dəvət edilir. Hər abonent yalnız bir qrupa üzv ola bilər.
Qrupu yaratmaq üçün abonent *777#7#71#Yes kodunu yığmalı, yaxud SMS vasitəsilə 7#71 kodunu 777 nömrəsinə göndərməli və ya 7777 nömrəsinə zəng etməlidir.
Bu yolla xidməti aktivləşdirdikdən sonra “Ailəm” qrupuna yeni iştirakçıları dəvət etmək lazımdır. Qrup başçısı bunun üçün *777#7#72# abonentin nömrəsi # Yes şifrəsini yığmalı, yaxud 777 nömrəsinə SMS vasitəsilə 7#72# abonentin nömrəsi kodunu göndərməli və ya 7777 nömrəsinə zəng etməlidir.
Dəvət olunan abonentlər “aile” sözünü SMS vasitəsilə 777 nömrəsinə göndərməklə dəvəti qəbul edirlər və qrupun üzvü olurlar. Bundan başqa, şirkət “Bonus mövsümü” aksiyasını oktyabrın sonunadək uzadıb.
Kampaniyada öncədən ödənişli “Nar Mobile” tarif planlarının (Nar Mobile məkanı, Həvəskar, Xoş xəbər, Rəngarəng zövqlər, Məqsədə doğru) abonentləri iştirak edirlər. Kampaniyaya yalnız 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN nominallı ödəniş kartları daxildir.
Kampaniyanın şərtlərinə əsasən, abonentlər sadəcə balanslarını artırmaqla ölkədaxili bütün istiqamətlərə 525 pulsuz dəqiqə, 50 SMS və 50 MMS-ə qədər pulsuz bonus əldə etmiş olurlar.
Balans bir neçə dəfə artırıldıqda, bütün bonuslar-pulsuz dəqiqələr, SMS və MMS-lər cəmlənir.
|