Statistics |
Total online: 1 Guests: 1 Users: 0 |
|
|
|
Home » 2008 » September » 18 » «Azercell» SimSim abunəçiləri üçün yeni kampaniya elan edib
8:57 AM «Azercell» SimSim abunəçiləri üçün yeni kampaniya elan edib |
Azərbaycanın mobil rabitə operatoru «Azercell Telecom» bütün SimSim abunəçiləri üçün yeni KonturPay kampaniyasını elan edib.
«Azercell»dən verilən məlumata görə, kampaniya cari ilin sentyabr ayının 15-dən dekabrın 31-dək keçirilir.
Bir təqvim günü ərzində istənilən eyni nominallı 2 ədəd SimSim danışıq kartı yükləyən abonent, pay olaraq, həmin nominalda daha bir kart əlavə qazanacaq. Hədiyyə konturlar balansa gün ərzində yüklənilir.
Hansı konturyükləmə xidmətindən istifadə olunduğundan asılı olmayaraq, kampaniyada bütün kartlar iştirak edir. Bir nominallı kartdan gün ərzində yalnız bir dəfə bonus qazanmaq olar.
Azərcell Telecom 1996-cı ilin yanvarında yaradılıb. «Turkcell İletişim Hizmetleri A.S» və Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi şirkətin ilk təsisçiləri kimi çıxış edib. Şirkət həmin ilin 15 dekabrında abunəçilərinə öncədən ödəmə əsasında xidmətlər təklif edərək fəaliyyətə başlayıb. 1998-ci ildə SimSim tarif planını tətbiq edib. Bu gün operator abunəçilərinin sayı 3,5 mln. nəfərdən çoxdur.
|
Views: 1912 |
Added by: pchack
| Rating: 0.0/0 |
|
|
|