Thursday, 2024-11-28, 3:53 PM
www.pchack.ucoz.org HomeSign UpLog In
Welcome Guest | RSS
Our poll
Sayt bəyəndiniz
Total of answers: 9
Chat Box
Statistics

Total online: 1
Guests: 1
Users: 0
  
Home » 2008 » September » 18 » CISCO “Virtual ofis” texnologiyasını təqdim etmişdir
9:00 AM
CISCO “Virtual ofis” texnologiyasını təqdim etmişdir

CISCO “Virtual ofis” texnologiyasını təqdim etmişdir


Cisco şirkəti bazara özünün “virtual ofis”ini çıxarıb. Sözügedən həll yüksək səviyyəli təhlükəsizliyi ilə fərqlənir, və şirkətlərə “genişlənməyə”, həmçinin tez-tez ofisdən kənarda, o cümlədən şirkətin filiallarında və evdə çalışan əməkdaşlara korporativ ofis xidmətlərinin çatdırılması hesabına onların əmək məhsuldarlığını artırmağa imkan verir.

Cisco Virtual Office həlli iri və orta biznes çərçivəsində sürət yığan tendensiyalara uyğundur: kollektivlər tez-tez “yayılmış” olurlar və müəssisə kənarında olanda belə korporativ proqramlara və xidmətlərə ehtiyac duyurlar. CVO marşrutlaşdırma, kommutasiya, təhlükəsizlik, simsiz rabitə, İP-telefoniya, qaydaların idarəedilməsi texnologiyalarını daxil edir. Video, səs və verilənlərin ötürülməsini, həmçinin simsiz xidmətlərin çatdırılmasını təmin etməklə sözügedən ofis həlli mərkəzi nöqtədən idarə olunur.

Əməkdaşlara müxtəlif yerlərdə çalışmağa və korporativ ofisdə istifadə etdikləri texnologiya və xidmətlərdən istifadə etməyə imkan yaradan bu həll yetərincə çevik olmuşdur. Kollektiv ofis mühitinin bu cür “genişlənmə”si təhlükəsiz şəbəkə mühiti çərçivəsində İP-kommunikasiyaların yardımı ilə etibarlı şəkildə qorunan səs və videoya girişi daxil edir.

Cisco-nun virtual ofisi tam zamanında gündəmə çıxdı: neft məhsullarının və elektrik enerjisinin qiymətlərinin bahalaşması şəraitində şirkətlər yeni çevik və iqtisadi cəhətdən əlverişli iş üsullarını axtarmaq məcburiyyəti qarşısında durublar; CVO isə onlara geniş yayılmış kollektiv çərçivəsində qrup fəaliyyəti üçün əla qorunan mühiti təqdim edir.

Çeviklik hətta əlverişsiz hava və iqlim şəraitində biznesi davamlı şəkildə aparmağa və artıq lazım olmayan ofis binalarının kirayəsinə xərclənən vəsaitlərə qənaət etməyə yardım edir. Bundan əlavə ofisdən kənarda çalışan əməkdaşlar şirkətdə istifadə etdikləri həmin rabitə texnologiyaları və iş qrupu hesabına öz əmək məhsuldarlıqlarını artırırlar.

Yeni həllin ən cəlbedici xüsusiyyətlərindən biri - “zero-touch setup”dır (tamamilə avtomatlaşdırılmış sazlanma). Sözügedən funksiya sayəsində müvafiq bilik və təcrübəsi olmayan əməkdaşlar şəbəkə sistemlərinin quraşdırılması və sazlanması sahəsindəki cavabdehlikdən azad edilirlər. Avtomatik quraşdırılma və sazlanma şirkətlərdə əminlik yaradacaq ki, əməkdaşları heç bir şeyi korlamadan və texniki dəstək xidmətlərinə ehtiyac duymadan minlərlə iş yerlərində çalışa bilərlər.

Cisco şirkətinin təhlükəsizlik üçün şəbəkə sistemləri və həlləri üzrə vitse-prezidenti Mari Xattar (Marie Hattar) qeyd edir ki: “Cisco Virtual Office təhlükəsiz mobil fəaliyyətin imkanlarını genişləndirir və istənilən yerdə istənilən zaman məsafədən əməkdaşlıq üçün zəruri ehtiyatları təqdim edir. Cisco-nun virtual ofisi mobil və ofisdən kənarda çalışan əməkdaşlara əla qorunan mühit çərçivəsində bütün ofis texnologiyalarını və korporativ sinfli xidmətləri təqdim etməklə distant fəaliyyətin üstünlüklərini gücləndirir. Sözügedən həll biznesin çevikliyini artırır, bəzi hallarda isə ezamiyyət və yerdəyişmələrdən imtina hesabına ətraf mühiti qorumağa yardım edir. Bundan əlavə, o, korporativ ofislərin saxlanılması üçün nəzərdə tutulmuş xərcləri də azaldır”.

Mari Xattarın sözlərinə görə müxtəlif məkanlarda çalışan əməkdaşların sayı artdıqca və müxtəlif yerlərdən korporativ şəbəkələrə və məlumatlara daxil olmaq üçün yeni üsullar gündəmə çıxdıqca şirkətlərə distant şəkildə çalışan əməkdaşların etibarlı şəkildə qorunmasını təmin edən çevik texnoloji infrastruktur tələb olunur. Cisco həllinin təhlükəsizlik funksiyaları müəssisəyə əla qorunan mobil rabitəni quraşdırmağa, qrup fəaliyyətini inkişaf etdirməyə və əmək təşkilinin yayılmış üsullarını tətbiq etməyə imkan verirlər, və əslində onlar tamamilə mərkəzləşdirilmiş ofis işinə arxalanan modellərdən daha etibralı olurlar.

Views: 1744 | Added by: pchack | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Log In
Search
Calendar
«  September 2008  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
282930
Entries archive
Site friends
  • Official Blog
  • uCoz Community
  • FAQ
  • Textbook
  • Copyright MyCorp © 2024Powered by uCoz