Saturday, 2024-04-27, 2:17 AM
www.pchack.ucoz.org HomeSign UpLog In
Welcome Guest | RSS
Our poll
Sayt bəyəndiniz
Total of answers: 9
Chat Box
Statistics

Total online: 1
Guests: 1
Users: 0
  
Home » 2008 » September » 17 » RITN 2009-2012-ci illər üçün “Elektron Azərbaycan” Dövlət Proqramının ilkin versiyasının hazırlanmasını başa çatdırmaq üzrədir
12:00 PM
RITN 2009-2012-ci illər üçün “Elektron Azərbaycan” Dövlət Proqramının ilkin versiyasının hazırlanmasını başa çatdırmaq üzrədir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2009-2012-ci illər üçün “Elektron Azərbaycan” Dövlət Proqramının ilkin versiyasının hazırlanmasını başa çatdırmaq üzrədir. 2004-2008-ci illər üçün “Elektron Azərbaycan” Dövlət Proqramının hazırlanması üzrə işlərin davam etdirilməsinə dair qərar martın sonunda qəbul edilib.İlk növbədə proqramı RITN-nin şöbələri, daha sonra digər təşkilatlar müzakirə edəcək.

Proqramda növbəti üç il üçün Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsinin inkişaf prioritetləri öz əksini tapacaq. Proqramın ilkin versiyasına 80-dən çox layihə daxil edilib ki, bunun da 30-dan çoxu ölkənin dövlət idarələri, qalanları isə Rabitə Nazirliyi tərəfindən təqdim edilib. Sentyabrın əvvəlində Dövlət Proqramı baxılmaq üçün nazirlik və komitələrə təqdim ediləcək. Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə əvvəlki - birinci Dövlət Proqramı (“Elektron Azərbaycan”) 2005-ci ilin oktyabrında prezident İlham Əliyev tərəfindən təsdiq edilib. Dövlət Proqramına iqtisadi-struktur islahatlar, rabitə və informasiya texnologiyaları sahəsinin modernləşdirilməsi və genişləndirilməsi, informasiya cəmiyyətinə keçidin təmin edilməsi üzrə layihələrin hazırlanması və həyata keçirilməsi daxildir. “Elektron Azərbaycan” Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına iqtisadi-struktur islahatlar, özəlləşdirmə, liberallaşdırma, nizamlama, texniki modernləşdirmə, teleradio verilişləri yayımının yaxşılaşdırılması, poçt islahatları, informasiya cəmiyyətinə keçid üzrə proqramlar daxildir.

Views: 1377 | Added by: pchack | Rating: 3.0/1
Total comments: 0
Name *:
Email *:
Code *:
Log In
Search
Calendar
«  September 2008  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
282930
Entries archive
Site friends
  • Official Blog
  • uCoz Community
  • FAQ
  • Textbook
  • Copyright MyCorp © 2024Powered by uCoz