Friday, 2024-04-26, 8:56 AM
www.pchack.ucoz.org HomeSign UpLog In
Welcome Guest | RSS
Our poll
Sayt bəyəndiniz
Total of answers: 9
Chat Box
Statistics

Total online: 1
Guests: 1
Users: 0
  
Home » 2008 » September » 18 » CDMA- simsiz rabitə xidməti QARABAĞDA
8:50 AM
CDMA- simsiz rabitə xidməti QARABAĞDA
Aztelekom” İB-nin CDMA simsiz rabitə xidməti şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən tədbirlər çərçivəsində Ağdam rayonunun Quzanlı və Sabirabad rayonunun Şəhriyar kəndlərində yeni baza stansiyalarının quraşdırılması başa çatdırılmışdır. Quzanlı kəndində quraşdırılmış stansiya Ağdam rayonunun 17 yaşayış məntəqəsini CDMA-nın əhatə dairəsinə daxil etməyə imkan vermiş, Sabirabad rayonunda isə 5 telefonlaşdırılmamış yaşayış məntəqəsi CDMA simsiz rabitə xidməti şəbəkəsi üzərindən telefonlaşdırılmışdır.


“Aztelekom” İB-nin Baş direktorunun I müavini, texniki direktor Zahir Vəliyev bizimlə söhbətində bildirdi ki, hazırda birliyin CDMA simsiz rabitə xidməti şəbəkəsi üzrə abunəçilərin ümumi sayı 12.253 təşkil edir. 408 indeksi üzrə abunəçilərin sayı 3.727, Zaqatala 1.208, Şəki 1.164, Lənkəran 1.124, Masallı 952, Gəncə 824, Quba 647, Xaçmaz 513, Şamaxı 528, Şəmkir 449, Mingəçevir 478, İmişli 363, Kürdəmir 112, Balakən 105, Qax 43 ədəddir.

Baş direktorun I müavini sözlərinə davam edərək bildirdi ki, cari ildə “Aztelekom” İB-nin CDMA simsiz rabitə xidməti şəbəkəsinin genişləndirilməsi məqsədilə Zaqatala TKQ-də Muxax və Katex məntəqələrində əlavə baza stansiyaları quraşdırılmışdır. Qoyulmuş avadanlıqlar 33 yaşayış məntəqəsini əhatə etmişdir, bunlardan 5 yaşayış məntəqəsi (Sabunçu-1, Sabunçu-2, Cimcimax, Ciciqana və Qəbizdərə) telefonlaşdırılmamış yaşayış məntəqələridir. Zaqatala TKQ üzrə rayon mərkəzi daxil olmaqla 61 yaşayış məntəqəsindən 59 yaşayış məntəqəsi CDMA-nın əhatə dairəsinə daxildir.

Xaçmaz TKQ-də bir ədəd mini baza stansiyası Xudatda, bir ədədi isə Nabranda quraşdırılmışdır. Qoyulmuş baza stansiyaları 36 yaşayış məntəqəsini əhatə edir, bunlardan 10 yaşayış məntəqəsı (Xəzərli, Seyidlikənd, Sabir oba, Çaxçaxlı, Gödəkli, Şərif oba, Baraxum, Tikan oba, Aslan oba, Aşağı oba) telefonlaşdırılmamış yaşayış məntəqəsidir. Xaçmazın 149 yaşayış məntəqəsindən 147-si CDMA-nın əhatə dairəsindədir.

“Aztelekom” İB-nin CDMA simsiz rabitə xidməti şəbəkəsinin genişləndirilməsi məqsədilə bir ədəd böyük və bir ədəd mini BTS Kürdəmir TKQ-də quraşdırılmış, 26 telefonlaşdırılmamış yaşayış məntəqəsindən 24-ü (İsmayıllı, Böyük Kəngərli, Ucarlı, Bağman, Kariz Əyribənd, Qaramahmudlu, Ərəbxana, Yeni Şıxımlı, Bala Kəngərli, Təklə, Qocalı, Carlı, Pirəköçə, Məhərrəmli, Sovla, Söyüdlər, Quşlar, Xəlsə, Beyi, Çölqubalı, Dayıkazımlı, Qoçulu, Qarabucaq, Öyləqulu) CDMA-nın əhatə dairəsinə alınmışdır.

Ümumiyyətlə Kürdəmir rayonu üzrə 62 yaşayış məntəqəsindən 60-ı CDMA-nın əhatə dairəsinə daxil olmuşdur.

Balakən, Qax, Gəncə və Lənkəran TKQ-lərinin hər birində bir ədəd mini baza stansiyası quraşdırılmışdır. Balakən və Qaxda BTS-lər mərkəzi stansiyada quraşdırılmışdır.

Balakən rayonu üzrə əhatə dairəsinin test işləri başa çatdırılmış, 55 yaşayış məntəqəsindən 53 yaşayış məntəqəsi CDMA-nın əhatə dairəsinə daxil olmuşdur. 17 telefonlaşdırılmamış yaşayış məntəqəsinin hamısı əhatə dairəsinə alınmışdır.

Qax rayonu üzrə əhatə dairəsinin test işləri başa çatdırılmış, 58 yaşayış məntəqəsindən 54-ü, o cümlədən, telefonlaşdırılmamış 6 yaşayış məntəqəsindən 4-ü CDMA-nın əhatə dairəsinə daxil olmuşdur.

Gəncə TKİ-də Yeni Gəncə istiqamətində ATS-54-də və Lənkəran TKQ-də Vilvan kəndində mini BTS-lər quraşdırılmış, əhatə dairəsi genişləndirilmişdir.

Ümumiyyətlə, telefonlaşdırılmamış məntəqələrin telefonlaşdırılması layihəsinə uyğun olaraq “Aztelekom” İB-nin CDMA simsiz rabitə xidməti şəbəkəsində bu günə qədər 28 baza stansiyası istismara verilmiş və quraşdırılmış avadanlıqlar hesabına 82 telefonlaşmamış yaşayış məntəqəsi telefonlaşdırılmışdır.

Novxanı, Fatmayı, Xırdalan saytlarında və “Aztelekom”un əsas binasında yerləşən BTS-lərdə kanal tutumlarını artırmaq məqsədilə BSC-yə kanal kartları artırılmış, bu saytlarda kanal tutumlarının 64/128 konfiqurasiyasından 128/256 konfiqurasiyasına qədər artırılması təmin edilmişdir.
Views: 1837 | Added by: pchack | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Log In
Search
Calendar
«  September 2008  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
282930
Entries archive
Site friends
  • Official Blog
  • uCoz Community
  • FAQ
  • Textbook
  • Copyright MyCorp © 2024Powered by uCoz