Friday, 2024-04-26, 10:33 PM
www.pchack.ucoz.org HomeSign UpLog In
Welcome Guest | RSS
Our poll
Sayt bəyəndiniz
Total of answers: 9
Chat Box
Statistics

Total online: 1
Guests: 1
Users: 0
  
Home » 2008 » September » 18 » İlin sonunadək Azərbaycanın bütün poçt filiallarında struktur islahatları aparılacaq
9:03 AM
İlin sonunadək Azərbaycanın bütün poçt filiallarında struktur islahatları aparılacaq

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsi (DM) yaxın vaxtlarda rayon poçt filiallarının strukturunun yenidən qurulmasına başlayacaq.

Hazırda buna hazırlıq işləri görülür. İslahatlar Dünya Bankının həyata keçirdiyi «Maliyyə xidmətlərinin inkişafı Layihəsi» çərçivəsində yeni xidmətlərin təşkili məqsədilə aparılacaq. Bu islahatlara uyğun olaraq, rayon filiallarında yeni şöbələr, sektorlar yaradılacaq.

Dəyişikliklər «Azərpoçt»un 57 poçt filialını əhatə edəcək. Strukturun yenidən qurulması prosesi cari ilin sonunadək başa çatdırılacaq.

Layihə çərçivəsində artıq «Azərpoçt» DM-nin mərkəzi aparatının strukturu dəyişdirilmişdir, müştəri və bazar yönümlü yeni struktura keçid sona çatdırılmışdır. Oxşar struktura keçid Bakı şəhərində yerləşən poçt filiallarında da həyata keçirilmişdir. Azərbaycanda fəaliyyət göstərən 63 poçt filialından 6-da artıq yeni struktur yaradılmışdır.

Views: 1651 | Added by: pchack | Rating: 1.0/1
Total comments: 0
Name *:
Email *:
Code *:
Log In
Search
Calendar
«  September 2008  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
282930
Entries archive
Site friends
  • Official Blog
  • uCoz Community
  • FAQ
  • Textbook
  • Copyright MyCorp © 2024Powered by uCoz